» » Erməni polisləri ABŞ səfirliyinin “qara siyahısı”na düşdülər

Erməni polisləri ABŞ səfirliyinin “qara siyahısı”na düşdülər

Erməni polisləri ABŞ səfirliyinin “qara siyahısı”na düşdülər

ABŞ-ın Ermənistandakı səfirliyi “qara siyahı” tərtib edib. Bu siyahıya Yerevanda post-patrul xidmətini zəbt edən silahlı qrupa dəstək mitinqinin iştirakçılarının qovulmasında iştirak edən hakimiyyət nümayəndələri daxil edilib. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə cümə axşamı yerli “Qrapark” qəzeti mənbəyə istinadən məlumat yayıb. 

“Yaxın gələcəkdə bu siyahıya daxil edilən məmurlar üçün ABŞ-ə viza almaq çətin olacaq. Siyahıya hadisələr zamanı gözə dəyən məmur və polislər daxil edilib. “Facebook” statusları da rol oynayıb. Deyilənə görə, bu siyahı Şengen vizasının verilməməsi üçün digər səfirliklərə də təqdim ediləcək”, - nəşr bildirib. 

ucarliyiq.biz