» » Türkiyə və Rusiya İŞİD-i birgə bombalayacaqlar

Türkiyə və Rusiya İŞİD-i birgə bombalayacaqlar

Türkiyə və Rusiya İŞİD-i birgə bombalayacaqlar

Bunu Türkiyə prezidentinin müşaviri İbrahim Kalın bildirib.

“Rusiya və Türkiyə İŞİD-lə birgə mübarizə aparmaq üçün razılığa gəliblər”.

Ucarliyiq.biz TRT telekanalına istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin müşaviri İbrahim Kalın bildirib.

Onun sözlərinə görə, Ankara və Moskva beynəlxalq terrorizmlə və o cümlədən İŞİD-lə mübarizədə sıx əməkdaşlıq etmək üçün razılığa gəliblər.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da müsahibəsində bildirib ki, onun ölkəsi Suriyada İŞİD-lə mübarizə üçün əlindən gələni etməyə, hətta hərbi hava qüvvələrini bu işə cəlb edərək Rusiya ilə birgə İŞİD-ə qarşı mübarizə aparmağa hazırdır.

ucarliyiq.biz