» » Dağıstanın federal hakimi öldürüldü

Dağıstanın federal hakimi öldürüldü

Dağıstanın federal hakimi öldürüldü

Dağıstanın DİN qətl faktını təsdiqləsə də, qətlə yetirilən şəxsin adı və vəzifəsini deməkdən imtina etdi.

Naməlum şəxslər Dağıstanın cənubi-şərqində Şamil rayonunda federal hakimi öldürüblər.  

Ucarliyiq.biz xəbər verir ki, bu barədə RİA Novosti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. 

“Naməlum şəxslər Ubaydula Məhəmmədovun evinə daxil olublar. Ona bir neçə dəfə atəş açıb, daha sonra gizləniblər”, - agentliyin həmsöhbəti bildirib. 

Dağıstanın DİN qətl faktını təsdiqləsə də, qətlə yetirilən şəxsin adı və vəzifəsini deməkdən imtina edib. Hadisə yerində əməliyyat-istintaq qrupu çalışır. 

Dağıstanda 43 federal məhkəmə: 34 rayon, səkkiz şəhər və ali məhkəmə fəaliyyət göstərir. Şamil rayonunda üç hakim: Ubaydulla Məhəmmədov, Məhəmməd Haybulayev və sədrin vəzifəsini icra edən İsrapil Məhəmmədov işləyir. 

ucarliyiq.biz