» » Poroşenko Putin ilə danışmaq istəyir

Poroşenko Putin ilə danışmaq istəyir

Poroşenko Putin ilə danışmaq istəyir

Ukrayna prezidenti Petr Poroşenko XİN-ə Rusiya prezidenti Vladimir Putin ilə danışıqları təşkil etməyi tapşırıb. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Ukrayna liderinin saytında məlumat yayılıb. 

XİN-ə Almaniya və Fransa rəhbərliyi ilə üçtərəfli Normand formatında telefon danışığının təşkil edilməsi və ABŞ vitse-prezidenti Cozef Bayden və Avropa Şurasının prezidenti Donald Tusk ilə danışıqlar üçün sorğunun göndərilməsi də tapşırılıb. 

XİN rəhbəri Pavel Klimkinə Ukraynanın BMT-nin yanında missiya rəhbərliyinə Təhlükəsizlik Şurasında konsultasiya aparılması və hadisələrin gedişatı barədə məlumatlandırma tapşırılıb. 

“ATƏT-in Xüsusi monitorinq missiyasına müraciət etmək Krım ilə sərhəddə maksimal dərəcədə qurumun müşahidəçilərinin iştirakını gücləndirmək və Rusiya tərəfindən işğalçı qoşunlardan ATƏT-in Xüsusi monitorinq missiyasının nümayəndələrinin Krımdakı obyektlərə girişinin təminatını tələb etmək lazımdır”, - Poroşenko bəyan edib.  

ucarliyiq.biz