» » TRT telekanalının onlarla əməkdaşı saxlanılıb

TRT telekanalının onlarla əməkdaşı saxlanılıb

TRT telekanalının onlarla əməkdaşı saxlanılıb

Türkiyənin TRT telekanalının 42 əməkdaşı tutulub. 

Ucarliyiq.biz Anadolu nəşrinə istinadən xəbər verir ki, Ankara Şəhər Polis İdarəsi Cinayət-əxtarış şöbəsinin əməkdaşları Ankara Prokurorluğunun Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra apardığı istintaq tədbirləri çərçivəsində TRT-nin əsas binasında əməliyyat keçiriblər.   

Məlumata görə, saxlanılan şəxslər Ankara Şəhər Polis İdarəsinə götürülüb.