» » Azərbaycandan olan cütlük Ukraynada yol qəzasında öldü – FOTO

Azərbaycandan olan cütlük Ukraynada yol qəzasında öldü – FOTO

Azərbaycandan olan cütlük Ukraynada yol qəzasında öldü – FOTO

Avqustun 11-də Naqornoe kəndində Kiyev-Çop yolunda Lvov-Mukaçevo marşrutu üzrə hərəkət edən turizm avtobusunun BMW markalı avtomobil ilə toqquşması nəticəsində iki nəfər ölüb. 

Ucarliyiq.biz Ukrayna KİV-nə istinadən xəbər verir ki, qəzada Azərbaycandan olan cütlük həlak olub. Onların üç uşağı müxtəlif dərəcəli xəsarətlər alıb və hazırda xəstəxanadadır. 

Turizm avtobusunun daha doqquz sərnişini müxtəlif dərəcəli xəsarətlər alıb. 

BMW markalı avtomobilin sürücüsü başqa avtomobili ötməyə çalışıb. Bu zaman avtobusla qarşı-qarşıya gəlib. Zərbədən minik maşını kənara düşüb. Avtomobil səddə çırpılaraq alışıb. 

Azərbaycandan olan cütlük Ukraynada yol qəzasında öldü – FOTO

Azərbaycandan olan cütlük Ukraynada yol qəzasında öldü – FOTO

Azərbaycandan olan cütlük Ukraynada yol qəzasında öldü – FOTO

ucarliyiq.biz