» » Gülənin məşhur türk futbolçuları ilə görüşü – VİDEO

Gülənin məşhur türk futbolçuları ilə görüşü – VİDEO

Gülənin məşhur türk futbolçuları ilə görüşü – VİDEO

“Qalatasaray” klubunun 90-cı illərdə ulduz futbolçuları olmuş Hakan Şükür, Hakan Ünsal, Mert Korkmaz, Okan Burak, Arif Erdem ve Uğur Tütünekerin olduğu videodan da görünür.

Türkiyənin “Qalatasaray” klubu futbolçularının Fətullah Gülənlə canlı söhbətini əks etdirən videogörüntülər ortaya çıxıb.

Ucarliyiq.biz Publika.az-ə istinadən xəbər verir ki, sözügedən görüntülərin 1996-cı ildə çəkildiyi deyilir.

Həmin vaxtı Fətullah Gülənlə söhbətdə “Qalatasaray” klubunun ulduz futbolçuları olmuş Hakan Ünsal, Mert Korkmaz, Okan Burak, Arif Erdem ve Uğur Tütünekerin olduğu videodan da görünür.

Videoda Fətullah Gülən “Qalatasaray” klubundan danışaraq “4 qol vurub qələbə qazandıq” fikirlərini söyləyir.

Xatırladaq ki, ötən həftə Gülən camaatının keçmiş futbol imamı kimi tanınan Said Alpsoy Türkiyə milli komandası futbolçularının 500 min dollar pul toplayaraq Fətullah Gülənə verdiyini söyləyib:

“2002-ci ilin dünya çempionatı zamanı Türkiyə milli komandası 3-cü yerə çıxmışdı. Həmin vaxt  milli komandanın futbolçuları olmuş Emre, Okan, Hakan Şükür, Hakan Ünsal və Arif Erdem 500 min dollar pul toplamışdı. Həmin vəsaiti Arif Erdem Pensilvaniyaya apararaq Fətullah Gülənə təqdim edib. Bu hadisədən sonra Fətullah Gülən Arif Erdeme təriflər yağdırmışdı”.