» » Neft bazarına yeni oyunçu daxil oldu

Neft bazarına yeni oyunçu daxil oldu

Neft bazarına yeni oyunçu daxil oldu

Yəmən hökuməti il yarımdan sonra yenidən neft yataqlarında istehsal və ixracata başladığını açıqlayıb. 

Ucarliyiq.biz xəbər verir ki, belə bir bəyanatla Yəmən rəsmi xəbər agentliyi olan SABA-ya açıqlamasında bu ölkənin neft və mədənçilik naziri Seyf Muhsin eş-Şərif deyib. 

Nazir bu qərarın qlobal iqtisadiyyat üçün yeni bir dövrün başladığına işarə etdiyini bildirib.

“Hökumət Marib və Şəbva əyalətlərində neft yataqlarında yenidən istehsala başlayacaq. Ra's İsa və Belhaf limanları vasitəsilə ölkə qaz və neft ixracatına başlayacaq.

Ölkə başçısı Abdurabbu Mansur Hadi bəyan edib ki, Ed-Dabba limanı vasitəsilə satılan xam neftdən əldə edilən gəlir Hadramevt əyalətində yeni layihələrin icrasında istifadə ediləcək. 

Yəmən hökuməti ötən ayın sonunda ölkədə silahlı toqquşmaların başladığı 2015-ci ilin mart ayından ilk dəfə yenidən xam neft satışına başlayacağını bəyan etmişdi”.

Silahlı toqquşmalara görə, ölkədəki iri neft şirkətinin əksəriyyəti ölkəni tərk etmişdi. 


ucarliyiq.biz