» » Türkiyəli diplomat Rusiyaya qaçdı

Türkiyəli diplomat Rusiyaya qaçdı

Türkiyəli diplomat Rusiyaya qaçdı

Türkiyənin Banqladeşdəki səfirliyinin dövlət çevrilişinə cəhdində iştirakda şübhəli bilinən əməkdaşı Rusiyaya qaçıb.   

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “Daily Star” diplomatik mənbəyə istinadən xəbər verir. 

Nəşrin məlumatına görə, Rusiyaya qaçan diplomat da səfirliyin geri çağırılan 3 əməkdaşından biridir. Türkiyənin Banqladeşdəki səfirliyinin iki diplomatı, o cümlədən müvəqqəti işlər vəkili ABŞ-ə qaçıb. Rusiyaya qaçan diplomat özü ilə birlikdə ailə üzvlərini də götürüb.

Banqladeşin Xarici İşlər Nazirliyindən bildirilib ki, Ankara onların diplomatik pasportlarını ləğv edib.

İyulun 16-na keçən gecə Türkiyədə qiyamçılar hərbi çevrilişə cəhd ediblər. Əsas hadisələr Ankara və İstanbulda baş verib. 

ucarliyiq.biz