» » Millimiz AVRO-2016-nın finalında

Millimiz AVRO-2016-nın finalında

Millimiz AVRO-2016-nın finalında

Bu gün futzal üzrə AVRO-2016-nın pley-off mərhələsinin cavab oyunları keçirilib.
Ucarliyiq.biz xəbər verir ki, Azərbaycan millisi səfərdə meydana çıxıb.
Komandamız Trnavada Slovakiyanın qonağı olub. İlk oyunda 3:1 hesablı qələbə qazanan komandamız cavab matçında "sülh"ə razılaşıb. Hesabı 8-ci dəqiqədə Vitali Borisov açıb. Slovakiya ikinci yarıda bərabərliyi təmin etsə də, bunda artığına gücü çatmayıb. Bununla da komandamız Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Millimiz AVRO-2016-nın finalında

Azərbaycan millisi
Avropa çempionatının final mərhələsi gələn ilin 2-13 fevralında Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək.
AVRO-2016
Pley-off
Cavab oyunu
22 sentyabr
Slovakiya - Azərbaycan 1:1
Qollar: Duşan Rafay, 25 - Vitali Borisov, 8.
Slovakiya: 1. Peter Brndiar, 5. Qabriel Rick, 9. Peter Kozar (k), 11. Matuş Kiyovski, 13. Anton Brunovski.
Ehtiyat oyunçular: 12. Erik Klema, 3. Duşan Rafay, 4. Adam Zdrahal, 8. Attila Fehervari, 10. Yuray Vişvader, 14. Marek Bahna, 15. Martin Doşa.
Baş məşqçi: Marian Berki.
Azərbaycan: 12. Rövşən Hüseynli, 8. Rizvan Fərzəliyev (k), 9. Auqusto, 10. Amadeu, 14. Vitali Borisov.
Ehtiyat oyunçular: 1. Emin Kürdov, 2. Samir Həmzəyev, 4. Ramiz Çovdarov, 6. Eduardo, 11. Namiq Məmmədkərimov, 13. Sezar De Angelis, 15. Rafael, 16. Xətai Bağırov, 17. Osa Atayev.
Baş məşqçi: Faustino Perez.
Hakimlər: Timo Onatsu, Toni Lehtinen (Finlandiya).
Trnava. "Mestska Sportova Hala" stadionu.