» » İŞİD-in “Xorasan” üzrə lideri məhv edilib

İŞİD-in “Xorasan” üzrə lideri məhv edilib

İŞİD-in “Xorasan” üzrə lideri məhv edilib

İŞİD terror qruplaşmasının Əfqanıstan və Pakistan üzrə lideri Hafiz Səid Xan məhv edilib.

Ucarliyiq.biz-ın məlumatına görə, bunu Əfqanıstanın Pakistandakı səfiri Ömər Zəhilval bəyan edib.

“Mən təsdiq edə bilərəm ki, İŞİD liderlərindən biri Hafiz Səid Xan və daha bir neçə yaraqlı iyulun 26-da ABŞ dronunun hücumu zamanı ölüb” , - o deyib. 

Hafiz Səid Xan İŞİD-in Əfqanıstan, Pakistan, İranın şərqi və Mərkəzi Asiyanın bir hissəsini özündə birləşdirən “Xorasan əyalətinin” başçısı olub.