» » İran XİN rəhbərindən Rusiya və Türkiyəyə yeni təklif

İran XİN rəhbərindən Rusiya və Türkiyəyə yeni təklif

İran XİN rəhbərindən Rusiya və Türkiyəyə yeni təklif

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif region ölkələrinin maraqları naminə Suriya böhranının həlli yollarını müzakirə etmək üçün Türkiyə, Rusiya və İranın iştirakı ilə üçtərəfli görüşün təşkilini təklif edib.

Ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, bu barədə “al-Hayat” qəzeti yazıb.

Qeyd edək ki, cümə günü M.C.Zərif Ankaraya rəsmi səfər edərək türkiyəli həmkarı Mövlud Çavuşoğlu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş naziri Binəli Yıldırımla görüşüb.

İran nümayəndə heyətinin səfəri zamanı tərəflər siyasi əməkdaşlığı gücləndirməyin zəruriliyini qeyd edib və Ankara və Tehran üçün Suriyada birliyi qorumağın və separatçı kürd ərazilərinin yaradılmasının qarşısının alınmasının prioritet olduğunu vurğulayıb.

Bundan əlavə, mənbələr Tükiyə prezidenti R.T.Ərdoğanın bir neçə həftə sonra Tehrana mümkün səfəri barədə məlumat verib.

ucarliyiq.biz