» » Ərdoğan: Avropa Türkiyəyə verdiyi vədini tutmadı

Ərdoğan: Avropa Türkiyəyə verdiyi vədini tutmadı

Ərdoğan: Avropa Türkiyəyə verdiyi vədini tutmadı

Avropa Türkiyə vətəndaşları üçün vizasız rejim tətbiq ediləcəyi barədə vədini tutmadı. 

Ucarliyiq.biz Anadolu agentliyinə istinadən məlumat verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın “RTL” telekanalına müsahibəsində deyib.

Türkiyə Prezidentinin sözlərinə görə, əgər Avropa vədinə xilaf çıxsa, Türkiyə Avropa İttifaqı ölkələrindən suriyalı qaçqınları geri qaytarmayacaq.

Daha öncə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker bəyan etmişdi ki, Ankara bütün tələbləri yerinə yetirdiyi halda Avropa İttifaqı 2016-cı ilin payızından Türkiyə vətəndaşları üçün vizasız rejim tətbiq edə bilər.