» » Bağırsağında Azərbaycana narkotik keçirmək istədi

Bağırsağında Azərbaycana narkotik keçirmək istədi

Bağırsağında Azərbaycana narkotik keçirmək istədi

Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Ucarliyiq.biz-ə verilən məlumata görə, vətəndaşın üzərində aparılan şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) bir ədəd bükümdə, xalis çəkisi 1,380 qram təşkil edən narkotik vasitə - tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.