» » Rusiyanın “Su”ları Əsədin xidmətində – FOTO

Rusiyanın “Su”ları Əsədin xidmətində – FOTO

Rusiyanın “Su”ları Əsədin xidmətində – FOTO

Janes nəşri Latakiya aviabazasının peykdən çəkilmiş fotosunu dərc edib.

Suriyada olan Rusiya təyyarələrinin yeni fotoları yayılıb.  

ucarliyiq.biz xəbər verir ki, Britaniyanın hərbi mövzu üzrə ixtisaslaşmış Janes jurnalı, Suriyada yerləşən Rusiya qırıcı, bombardmançı və hücum təyyarələrinin şəkillərini dərc edib.

Xatırladaq ki, daha öncə Pentaqon Latakiyada (Suriya) aviabazasını təqdim edib. Amerika Müdafiə Nazirliyinin məlumatına əsasən, aviabazada Su-30SM qırıcı, Su-25 hücum və Su-24 bombardmançı təyyarələri yerləşir, amma sonda adıçəkilən təyyarələrin şəkilləri ictimaiyyətə təqdim edilməmişdi.  

Sentyabrın 21-də Janes nəşri Latakiya aviabazasının peykdən çəkilmiş fotosunu dərc edib, fotoda 12 Su-24 bombardmançı və 12 Su-25 hücum təyyarəsini görmək mümkündür.

Rusiyanın “Su”ları Əsədin xidmətində – FOTO

Nəşr qeyd edir ki, hücum təyyarələri Latakiyaya sentyabrın 20-də, bombardmançılar isə bu ayın 21-də gəlib.

Təqdim edilən fotoda eləcə də Su-30SM qırıcılarını aydın görmək mümkündür.

Bundan başqa, “Military affairs” adlı Twitter akkauntunda Latakiya bazasında çəkildiyi bildirilən şəkil yerləşdirilib, şəkildə Su-30SM və Su-25 təyyarələri görünür.

Rusiyanın “Su”ları Əsədin xidmətində – FOTO

Qeyd edilir ki, bu fotoda təyyarələr peykdən çəkilən şəkildəki qaydada düzülüb – öncə 4 Su-30SM, sonra Su-25, arxa fonda isə dağlar görünür.