» » Yerevanda orduya məxsus yük maşını aşıb: Xəsarət alanlar var

Yerevanda orduya məxsus yük maşını aşıb: Xəsarət alanlar var

Yerevanda orduya məxsus yük maşını aşıb: Xəsarət alanlar var

Yerevan şəhəri ətrafında avqustun 15-də orduya məxsus yük maşını aşıb.

Ucarliyiq.biz Novosti Armeniya-ya istinadən xəbər verir ki, qəza Şimal avtovağzalının yaxınlığında baş verib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti səkkiz əsgərin hospitala çatdırıldığına dair məlumat yayıb.

İlkin məlumata görə, xəsarət alanların həyatı üçün təhlükə yoxdur.

Yük maşınında 16 əsgər olub.

Hadisəyə səbəb orduya məxsus Sadkonun yolunu kəsən “Niva” olub.