» » Yuşşenko: Ukraynalılar Putini prezident görmək istəyirdilər

Yuşşenko: Ukraynalılar Putini prezident görmək istəyirdilər

Yuşşenko: Ukraynalılar Putini prezident görmək istəyirdilər

Ukraynanın sabiq prezidenti 2008-ci ildə ukraynalıların çoxunun dövlət başçısı postunda Vladimir Putini görmək istədiklərini söyləyib. 

Ucarliyiq.biz xəbər verir ki, o, bu barədə “Apostrof” nəşrinə verdiyi müsahibəsində bildirib. 

“Biz 2008-ci ildə, mən hələ prezident olanda sorğu aparmışdıq. O zaman ukraynalıların 70%-i dövlət başçısı postunda Vladimir Putini görmək istəyirdilər. Ukraynalıların yarıdan çoxu ölkə prezidenti vəzifəsində Vladimir Putini görmək istərdilərmi sualına müsbət cavab veriblər”, - Viktor Yuşşenko bildirib. 

O, sözlərinə əlavə edib ki, Kiyev hakimiyyəti zəif milli identizim və milli birliyin olmadığı üçün Krım və Donbassa nəzarəti itirdilər. 

ucarliyiq.biz