» » Nərimanovda qadınlara hücum çəkən şəxs yaxalandı

Nərimanovda qadınlara hücum çəkən şəxs yaxalandı

Nərimanovda qadınlara hücum çəkən şəxs yaxalandı

Polis əməliyyat keçirib.

Bakıda qadınlara qarşı soyğunçuluq etməkdə şübhəli bilinən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən ucarliyiq.biz-a verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, sentyabrın 22-də Çəmənzəminli küçəsində yerləşən marketdə Bakı şəhər sakini Lena Əsgərovaya məxsus, içərisində 253 manat olan əl çantasını piştaxtanın üzərindən götürüb qaçan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Ramiz Məhərrəmov tutulub. 

Müəyyən edilib ki, o sentyabrın 17-də F.X.Xoyski küçəsində Bakı şəhər sakini Firuzə Süleymanzadənin əlindən içərisində pul, bankomat və metro kartı olan çantasını alıb qaçıb.

Faktla bağlı araşdırma aparılır.