» » Fransada çaxnaşma, 40-dan çox adam yaralanıb

Fransada çaxnaşma, 40-dan çox adam yaralanıb

Fransada çaxnaşma, 40-dan çox adam yaralanıb

Fransanın cənubunda fişənglərin partlaması nəticəsində meydana çıxan çaxnaşma nəticəsində ən azı 40 nəfər yaralanıb. 

Ucarliyiq.biz xəbər verir ki, hadisə Juan-le-Pen şəhərində Antib inzibati ərazidə baş verib. 

Naməlum şəxslər avtomobildən bir neçə fişəng atıblar, fişənglərin partlayış səsini eşidən yoldan keçənlər terror aktı baş verdiyini düşünüblər. 

“Bu çaxnaşma idi, qadınlar ağlayırdılar, bəziləri huşunu itirdi, hamı stolların altında üzüqoyulu uzanmışdılar. İnsanlar küçədən qaçaraq ayaqyolu və bar piştaxtalarının arxasında gizlənməyə çalışırdılar və “Bu, terror aktıdır” deyə qışqırırdılar”, - restoranlardan birinin sahibi bildirib. 

Xəsarət alanlara yerli yanğınsöndürənlər yardım ediblər. Hazırda polis hadisənin səbəbkarlarının üzə çıxarmaq üçün müşahidə kameralarının yazısını araşdırır. 

Keçən ilin noyabrından Fransada fövqəladə vəziyyət rejimi elan edilib. Hakimiyyət növbəti dəfə iyulun 14-də Nitsada baş verən terror aktından sonra məhdudiyyətlərin müddətini yarım il daha uzadıb. Həmin terror aktında yük maşının təkərləri altında 84 nəfər həlak olub. 

ucarliyiq.biz