» » Putin: Türkiyə ilə əlaqələr yenidən qurulacaq

Putin: Türkiyə ilə əlaqələr yenidən qurulacaq

Putin: Türkiyə ilə əlaqələr yenidən qurulacaq

“Türkiyə ilə bütün istiqamətlərdə əlaqələrimizi yenidən qurmaq üçün səmimi bir şəkildə səy göstəririk”.

Ucarliyiq.biz “Bloomberg”ə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Qazaxıstanın prezidenti Nursultan Nazarbayev ilə Soçidə baş tutan görüşdən dərhal sonra jurnalistlərə açıqlamasında deyib. 

“Bizim üçün dost və uzun illərdən strateji tərəfdaş olan Tükriyə ilə əlaqələrimizin bütün istiqamətlərdə yenidən qurulması üçün səmimi bir şəkildə səy göstəririk. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya son ziyarəti də əlaqələrimizin təkcə canlanmasına deyil, eyni zamanda inkişaf etdirmək üçün qarşılıqlı istəkli olduğunu göstərdi”.

Putin həmkarına Türkiyə-Rusiya münasibətlərinin normallaşması istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib. 

Nazarbayev də öz növbəsində Ankara və Moskva arasındakı əlaqələrin yenidən bərpa olunmasından məmnun olduğunu ifadə edib. 


ucarliyiq.biz