» » Qadın özünün sürdüyü avtomobilin altında qaldı – VİDEO

Qadın özünün sürdüyü avtomobilin altında qaldı – VİDEO

Qadın özünün sürdüyü avtomobilin altında qaldı – VİDEO

ABŞ-da qadın özünün sürdüyü avtomobilin altında qalıb. 

Ucarliyiq.biz “komonews”-ə istinadən xəbər verir ki, hadisə arxadan gələn avtomobil qeydiyyat kamerası ilə qeydə alınıb. 

Kadrlardan görünür ki, qarşıda gedən “Honda” markalı avtomobildə çənin qapağı açıq qalıb.

Yaxınlıqdan keçən başqa avtomobilin sahibi bu barədə xanım sürücünü xəbərdar edir. Qadın işıqfora çatanda, fürsətdən istifadə edərək qapağı bağlamaq qərarına gəlir.

Lakin bu zaman avtomobili park vəziyyətdə qoymaq yadından çıxır. Maşından düşərkən avtomobilin hələ də hərəkət etdiyini görən qadın yenidən qaçaraq avtomobilə qayıtmaq istəyir. Lakin bu zaman təkərin altına yıxılır. Avtomobil yaşlı qadının hər iki ayağının üstündən keçir. 

Xoşbəxtlikdən qadın ciddi xəsarətlər almır.