» » Nazarbayev Putin və Poroşenkonu barışdıracaq

Nazarbayev Putin və Poroşenkonu barışdıracaq

Nazarbayev Putin və Poroşenkonu barışdıracaq

Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyan edib ki, Ukrayna prezidenti Petr Poroşenko ona zəng edib və güzəştlərə getməyə hazır olduğunu, Donbasın xüsusi statusu barədə qanunun qəbul edilməsinə Ukrayna parlamentində çoxluğun olmamasını bildirib.  

Ucarliyiq.biz xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. 

“Bu yaxınlarda Poroşenko mənə zəng edib, Donbasın və ikinci regionun statusunu qəbul etməyə Radadakı çoxluğun olmamasının imkan vermədiyini dedi. Başqa məsələləri həll etmək lazımdır. Yəni mən də düşünürəm ki, o da güzəşt tapa bilər, amma nədənsə güzəştlər aşkar edilmir”, - Nazarbayev Rusiya prezidenti Vladimir Putin ilə görüşdə bildirib. 

“Bütün bu məsələlər, əlbəttə ki, Rusiya üçün çətinliklər yaradır, amma bunlar həll olunandır”, - Qazaxıstan prezidenti bildirib. 

ucarliyiq.biz