» » Malayziyada neft tankeri qaçırıldı

Malayziyada neft tankeri qaçırıldı

Malayziyada neft tankeri qaçırıldı

Malayziya hakimiyyəti 900 min litr dizel yanacağı daşıyan gəminin qaçırıldığını bəyan edib. 

Ucarliyiq.biz bu barədə xəbər verir. 

Malayziyanın dəniz agentliyinin (Malaysian Maritime Enforcement Agency, MMEA) məlumatında “Vier Harmoni” gəmisinin İndoneziyanın Batam şəhəri yaxınlığında olduğu bildirilib. Agentlikdə gəmini qaçıran şəxslərin kimliyinin müəyyənləşdirilmədiyi bildirilib. 

Reuters-in məlumatına görə, 392,7 min dollar məbləğində dizel yanacağı daşıyan gəmi Malayziyada Tancunq Pelepas limanından çərşənbə axşamı çıxıb.  

Hadisəyə dair əlavə məlumatlar hələlik bildirilmir. 

ucarliyiq.biz