» » MTN-nin tutduğu İŞİDçilər danışdı - VİDEO

MTN-nin tutduğu İŞİDçilər danışdı - VİDEO

MTN-nin tutduğu İŞİDçilər danışdı - VİDEO

Əməliyyat keçirilib.

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikasının Suriya və İraqda gedən döyüşlərdə iştirak etmiş 5 vətəndaşı tutulub.

ucarliyiq.biz Region TV-yə istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr İdarəsindən verilən məlumata görə, nazirlik tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində, Azərbaycan vətəndaşları - Zaur Heydərov, Elbrus Əzizov, Vaqif Talıbov, Rufan Ağcabəyov və Elşən İsmayılov şübhəli şəxs qismində tutulublar. 

Onlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, həmçinin Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsində təqsirli bilinirlər.

Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanılıb. Heydərov Zaur Naib oğlu, Əzizov Elbrus Nurməmməd oğlu, Talıbov Vaqif Musa oğlu, Ağcabəyov Rufan Şərəfəddin oğlu və İsmayılov Elşən Aydın oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbirləri seçilib.

Müəyyən edilib ki, Zaur Heydərov, Elbrus Əzizov, Vaqif Talıbov, Rufan Ağcabəyov və Elşən İsmayılov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Rufan Ağcabəyov - təqsirləndirilən şəxs: "2013-cü ildə Suriyaya, Allah yolunda cihada çıxmışam. Hərbi ştabda qalırdıq".

Vaqif Talıbov - təqsirləndirilən şəxs: "Getdik İstanbula, oradan Qaziantepə, Qaziantepdən qanunsuz yolla Suriyaya keçdik. Orada şəriət dərsləri keçirdilər bizə. Kim haranı istəyirdi, seçib ora gedirdi."

Elşən İsmayılov - təqsirləndirilən şəxs: "2013-cü ilin iyul-avqust ayı idi. İnternetdə Xattabın çağırışına baxdım, sonra da Suriyaya getdim".

Elbrus Əzizov - təqsirləndirilən şəxs: "1990-cı ildə 2 il icbari həbs olunmuşam. 1995-ci ildə 5 il və 2001-ci ildə 11 il həbs yaşamışam. 2012-ci ildə həbsdən çıxmışam. Televizorda, xəbərlərdə gördüm ki, Suriyada İslam dövləti qurulur, getdim oraya, həyatımı qurmağa".

Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.