» » Türkiyədə həbsxanalar boşaldılır

Türkiyədə həbsxanalar boşaldılır

Türkiyədə həbsxanalar boşaldılır

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bəyan edib ki, ölkənin cəzaçəkmə müəssisələrinin boşaldılmasına yönələn islahatlar çərçivəsində hakimiyyət həbsxanalardan 38 minə yaxın adamı azad edəcək.

Ucarliyiq.biz bu barədə Reuters-ə istinadən xəbər verir.  

Azad edilən məhbuslar nəzarət altında olacaqlar. 

Agentlik qeyd edib ki, hakimiyyət bu addımı dövlət çevrilişinə cəhddən sonra kütləvi saxlamalar fonunda məhkumların əksəriyyəti cəzasını şərti şəkildə çəkmələri üçün atıb. 

İyulun 16-da Türkiyədə çevrilişə cəhddən sonra hərbçilər, polislər, hakimlər, prokurorlar və müəllimlər daxil olmaqla 26 min adam saxlanılıb.

ucarliyiq.biz