» » İntim yerində Azərbaycana narkotik gətirən qadın saxlanıldı

İntim yerində Azərbaycana narkotik gətirən qadın saxlanıldı

İntim yerində Azərbaycana narkotik gətirən qadın saxlanıldı

DGK məlumat yaydı.

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Kəmalə Məmmədovanın üzərində şəxsi yoxlama zamanı ondan 3 ədəd bükümdə, ümumi xalis çəkisi 17,99  qram olan narkotik vasitə - heroin aşkar olunub.

ucarliyiq.biz Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, ilkin araşdırma zamanı K.Məmmədova izahatında bildirib ki, aşkar edilən narkotik maddə onunla eyni tarixdə İrandan Azərbaycana piyada gələn qaynı Elman Vəliyevə məxsusdur.

Öz növbəsində, E.Vəliyev aşkar edilən heroinin həqiqətən də ona məxsus olduğunu, onu İran İslam Respublikasından əldə etdiyini və qardaşının həyat yoldaşı K.Məmmədovaya onu daxili orqanında gizlədərək gömrük sərhədini keçməsini məsləhət gördüyünü etiraf edib.