» » Azərbaycanlı Dövlət Dumasına namizəddir

Azərbaycanlı Dövlət Dumasına namizəddir

Azərbaycanlı Dövlət Dumasına namizəddir

Akif Gilalov Azərbaycanın Quba rayonunda Qırmızı qəsəbədə doğulub.

Daha bir azərbaycanlı milyonçu böyük siyasətə addım atır.  

Ucarliyiq.biz “Kommersant”a istinadən xəbər verir ki, sentyabrda keçiriləcək seçkilərdə iştirak etmək üçün namizədliyi qeydə alınanlardan biri də Azərbaycan əsilli milyonçu Akif Gilalovdur.

Milyonçu Kremlyönümlü “Ədalətli Rusiya” partiyasından namizəddir.

Akif Tahir oğlu Gilalov - Moskva dağ yəhudiləri icmasının lideridir və “ZAR” şirkətlər qrupunun rəhbəridir.

Gilalovun 2015-ci ildə təqdim etdiyi vergi bəyannaməsinə əsasən, “ZAR” qrupuna daxil olan yeddi şirkətdən 30 milyon rubldan çox gəliri olub. Bu şirkəti Gilalovun atası Tahir Gilalov yaratmışdı.

Akif Gilalov Azərbaycanın Quba rayonundakı məşhur Qırmızı qəsəbədə anadan olub.

Akifin atası  - Tahir Gilalov Azərbaycan SSR-in Xalq Nəzarəti Komitəsində, SSRİ Dövlət Plan Komitəsində (“Qosplan”) işləyib, Sov. İKP-nin XXVI qurultayında namizəd olub. 

Akifin böyük qardaşı – Zaur Tahir oğlu Gilalov məşhur biznesmen və xeyriyyəçi olub, Ümumdünya dağ yəhudiləri konqresinin əsasını qoyub, konqresin ilk prezidenti seçilib. 2004-cü il martın 5-də öldürülüb. Bu cinayətin də üstü hələ açılmayıb.

Deputatlığa namizəd Gilalovun isə bir sıra dövlət mükafatları - “Şöhrət” ordeni, “İgidliyə görə” və “Dostluq” ordeni var.

ucarliyiq.biz