» » Hindistanda iğtişaşlar: Ölən və xəsarət alanlar var

Hindistanda iğtişaşlar: Ölən və xəsarət alanlar var

Hindistanda iğtişaşlar: Ölən və xəsarət alanlar var

Qarşıdurma nəticəsində etiraz aksiyasının iştirakçılarından biri ölüb, daha 18 nəfər isə yaralanıb.

Hindistanın Cammu və Kaşmir ştatlarında baş verən etiraz aksiyasının iştirakçıları və polis arasında növbəti toqquşma baş verib. Bir aydan çox davam edən iğtişaşlar ərzində xəsarət alanların sayı 66-ya çatıb.   

Ucarliyiq.biz xəbər verir ki, təhlükəsizlik xidməti və separatçıların tərəfdaşları arasında növbəti toqquşma çərşənbə günü axşam saatlarında baş verib. 

Hərbçilər Pulvama dairəsində etiraz aksiyalarının fəallarının liderlərini tapmaq və saxlamaq üçün reyd keçiriblər, amma yerli sakinlərin müqavimətilə rastlaşıblar. Toqquşma nəticəsində etiraz aksiyasının iştirakçılarından biri ölüb, daha 18 nəfər isə yaralanıb. 

Kəşmir vadisindəki kütləvi etiraz aksiyaları iyulun 8-də Hindistanda terror qrupu hesab edilən “Hizb-ul-Mucahidin” qruplaşmasının 22 yaşlı Burhan Müzəffər Vaninin zərərsizləşdirildiyindən sonra başlayıb. Hakimiyyət daha öncə tətbiq edilmiş məhdudiyyətləri ləğv etməyə başlayıb. Amma tezliklə məhdudiyyətlər yenidən tətbiq edilib.  

ucarliyiq.biz