» » Braziliya Maduronu istefa verməyə çağırır

Braziliya Maduronu istefa verməyə çağırır

Braziliya Maduronu istefa verməyə çağırır

Braziliyanın XİN rəhbəri Xose Serra Venesuelada hazırki prezident Nikolas Maduronun istefası üçün referendumun keçirilməsinə çağırıb. 

Bu barədə Ucarliyiq.biz Bloomberg nəşrinə istinadən xəbər verir.

“Bütün dünyada demokratik ölkələr referendumun keçirilməsini dəstəkləməlidirlər”, - Serra deyib. 

Nazirin sözlərinə görə, hazırki prezident ölkəni “avtoritar” rejimə təhrik edir. 

Xose Serra bildirib ki, əgər 2017-ci ildə Madur prezidentlik postundan uzaqlaşdırılarsa, onu bu postda iqtidar partiyasının kursunu dəstəkləyən, hazırki vitse-prezident Aristobulo İsturis əvəz edəcək.