» » İstanbul Universitetində xüsusi əməliyyat aparılır

İstanbul Universitetində xüsusi əməliyyat aparılır

İstanbul Universitetində xüsusi əməliyyat aparılır

Polis İstanbul Universitetində Fətullah Gülən hərəkatı tərəfdarlarına qarşı xüsusi əməliyyata başlayıb. 

Ucarliyiq.biz bu barədə Türkiyənin “Sabah” qəzetinə istinadən məlumat verir.

Xüsusi əməliyyat çərçivəsində polis tərəfindən universitetin 62 müəllimi saxlanılıb.

Polis hazırda Gülən hərəkatı ilə əlaqədə şübhəli bilinən professorların iş otaqlarına baxış keçirir.

Daha öncə İstanbul Universitetinin 95 müəllimi tutduğu vəzifədən azad edilib, 31 müəllim isə saxlanılıb.