» » Rusiyada azərbaycanlılar aclıq elan etdilər

Rusiyada azərbaycanlılar aclıq elan etdilər

Rusiyada azərbaycanlılar aclıq elan etdilər

Rusiyanın Primorsk vilayətinin Artyom şəhərində azərbaycanlılar da daxil olmaqla, müvəqqəti saxlanma mərkəzində saxlanılan xarici vətəndaşlar uzun müddətdir deportasiyanı gözlədiklərinə etiraz olaraq dördgünlük aclıq aksiyası keçiriblər.

Ucarliyiq.biz İnterfaks-ə istinadən xəbər verir. 

“Aksiyada 20 nəfər iştirak edib. İctimai Nəzarət Komissiyasının əməkdaşları ora baş çəkdikdən sonra aclıq aksiyası dayandırılıb”, - bunu İnterfaks-ə komissiyanın sədr müavini Aleksandr Smışlyayev bildirib.

Onun sözlərinə görə, burada deportasiya olunmalarını gözləyən insanlar var.

“Burada mart ayından deportasiya olunmalarını gözləyən insanlar var. Son 3 ayda mərkəzdə olanlardan heç kim öz ölkəsinə göndərilməyib”, - Smışlyayev bildirib.

Etirazçılar həmçinin saxlanma şəraitindən də narazılıqlarını ifadə ediblər.

“Mərkəz 65 nəfərlik olsa da, hazırda orada 107 nəfər saxlanılır. Xaricilərin əksəriyyəti Özbəkistan vətəndaşıdır. Orada həmçinin Ukrayna, Azərbaycan, Tacikistan, Qırğızıstan, Qazaxıstan və Koreya vətəndaşları da var”, - agentliyin həmsöhbəti bildirib. 

ucarliyiq.biz