» » "Millətimiz səviyyəsizdir" - Pərvin Abıyeva xalqı təhqir etdi

"Millətimiz səviyyəsizdir" - Pərvin Abıyeva xalqı təhqir etdi

"Millətimiz səviyyəsizdir" - Pərvin Abıyeva xalqı təhqir etdi

Aktrisa Pərvin Abıyeva kəskin açıqlama ilə çıxış edib.

Ucarliyiq.biz məlumat verir ki, BAKU.WS-in aktrisadan müsahibə almaq istəyini rədd edən gənc aktrisa fikrini olduqca sərt formada əsaslandırıb.

O, "Bundan sonra mətbuata müsahibə verməyəcəyəm. Səviyyəsiz millət onsuz da heç nə anlamır ki! Bundan başqa, həm də "İnstagram" bloqumu donduracağam. Şəkillərimə yazılan şərhlər, özümü pis hiss etməyimə səbəb olub" – deyib.

Aktrisanın öz xalqına qarşı nəyə görə belə mövqedə olduğunu soruşduqda isə o, "Bu mənim şəxsi fikrimdir. Buna heç kimin qarışmaq imkanı yoxdur"- deyə söhbəti bitirib.