» » Medvedev Soçidə kazino yaratmaq barədə sərəncam verdi

Medvedev Soçidə kazino yaratmaq barədə sərəncam verdi

Medvedev Soçidə kazino yaratmaq barədə sərəncam verdi

Zona “Qırmızı çəmən” adlanacaq.

Rusiyanın baş naziri Dmitri Medvedev Soçidə oyun zonasının yaradılmasına dair sərəncam imzalayıb.

Ucarliyiq.biz bu barədə Lenta.ru-ya istinadən xəbər verir. 

Sərəncamın mətnində qeyd edilib ki, zona “Qırmızı çəmən” adlanacaq. Onun sahəsi 165 min kvadrat metrdən ibarət olacaq. 

O, “mühüm federal olimpiya obyektlərinin yerləşməsi üçün təqdim edilən torpaq sahələrinin sərhəddində” olacaq. Onların maliyyələşdirilməsi və inşaatı büdcə istiqrazlarının və ya Dövlət olimpiya obyektlərinin tikintisi və Soçinin dağ-iqlim kurortu kimi inkişafı üzrə korporasiyasının hesabına həyata keçirilməməlidir.  

Oyun biznesi xüsusi təşkil edilmiş zonalrdan başqa, bütün Rusiya ərazisində 2009-cu ilin iyun ayının 1-dən qadağan edilib.
 
ucarliyiq.biz