» » Baş katib: Məqsədimiz Türkiyəni Avropa ailəsində görməkdir

Baş katib: Məqsədimiz Türkiyəni Avropa ailəsində görməkdir

Baş katib: Məqsədimiz Türkiyəni Avropa ailəsində görməkdir

"Avropa Türkiyənin etimadını bərpa etmək üçün səy göstərməlidir".

Ucarliyiq.biz TASS-ə istinadən xəbər verir ki, bunu Avropa Şurasının baş katibi Turbörn Yaqland "Le Monde" qəzetinin avqustun 20-də çıxan sayına müsahibəsində bildirib.

"Mən bu yaxınlarda Ankarada oldum. Orada qiyamçıların əlində olan təyyarələrin uçuşu nəticəsində parlamentin dağılmış binasını gördüm. Avropa torpağında belə bir zorakılığın yaranmasına yol vermək olmaz", - deyə o vurğulayıb.

Baş katib Avropa liderlərinin iyulun 15-də baş vermiş dövlət çevrilişinə cəhdə münasibətindən Türkiyə dövlətinin məyus olduğunu xüsusi olaraq qeyd edib: "Mən ümid edirəm ki, Avropa Türkiyəni daha çox dəstəkləyəcək. Bizim başlıca məqsədimiz Türkiyəni Avropa ailəsində görməkdir".