» » Osloda konsert zalının tavanı uçub: Xəsarət alanlar var

Osloda konsert zalının tavanı uçub: Xəsarət alanlar var

Osloda konsert zalının tavanı uçub: Xəsarət alanlar var

Norveçin paytaxtı Osloda “Sentrum Scenе” konsert zalının tavanının qismən uçması nəticəsində 15 nəfər xəsarət alıb.

Ucarliyiq.biz RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident  zalda yeni təhsil ilinin başlanılması ilə əlaqədar tədbirin keçirilməsi zamanı baş tutub.

1800  tamaşaçı tutumuna malik  olan “Sentrum Scenе”-də təxliyə tədbiri həyata keçirilib. Hadisənin başvermə səbəbləri barədə hələ ki, məlumat verilmir.

ucarliyiq.biz