» » Gürcüstanda Ermənistana gedən qaz kəmərini partlatmağa cəhd ediblər

Gürcüstanda Ermənistana gedən qaz kəmərini partlatmağa cəhd ediblər

Gürcüstanda Ermənistana gedən qaz kəmərini partlatmağa cəhd ediblər

Onların arasında Poti şəhərinin polis əməkdaşı da var.

Gürcüstan xüsusi xidmət orqanlarının əməkdaşları Rusiya ilə Ermənistanı birləşdirən qaz kəmərini partlatmağa cəhd etmiş şəxsləri saxlayıblar.

Ucarliyiq.biz Gürcüstan On-line-ə istinadən xəbər verir ki, keçirilən xüsusi əməliyyat nəticəsində 7 nəfər saxlanılıb, onların arasında Poti şəhərinin polis əməkdaşı da var.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi bildirib ki, saxlanılan şəxslər qaz kəmərinin Saquramo kəndindən keçən hissəsində terror aktı planlaşdırıblar.

Saxlanılan şəxslərdən 5 nəfəri Gürcüstan vətəndaşıdır.

ucarliyiq.biz