» » Sabunçuda bir gündə iki qız qaçırıldı

Sabunçuda bir gündə iki qız qaçırıldı

Sabunçuda bir gündə iki qız qaçırıldı

Faktla bağlı araşdırma aparılır.

Bakının Sabunçu rayonunda bir gündə iki qız qaçırılıb.

ucarliyiq.biz xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, sentyabrın 22-də 1996-cı il təvəllüdlü Nigar Vüqar qızı Alıyeva və 1993-cü il təvəllüdlü Gülnar Fuad qızı Muxtarovanın qaçırılmaları barədə bölməyə şikayət ərizələri daxil olub.

Daxil olan məlumat əsasında həyata keçirilən tədbirlər nəticəsində qaçırılan qızların yeri müəyyənləşib. İlkin məlumata görə, hər iki qız evlənmək məqsədi ilə qaçırılıb.

Hazırda hər iki faktla bağlı araşdırma aparılır.