» » İstanbulda hərbi hissələr boşaldılır – VİDEO

İstanbulda hərbi hissələr boşaldılır – VİDEO

İstanbulda hərbi hissələr boşaldılır – VİDEO

“Akıncı” hərbi aviabazasının yerində Demokratiya parkının salınması nəzərdə tutulub.

İstanbulda dislokasiya olunan hərbi hissələrin şəhərdən kənara köçürülməsinə başlanılıb.

Ucarliyiq.biz Anadolu agentliyinə istinadən xəbər verir ki, İstanbulun Başakşehir rayonunda yerləşən 66-cı Mexanikləşdirilmiş Piyada Briqadasının tankları şəhərdən kənara daşınır.

Məlumata görə, tanklar Türkiyənin Şərqi Trakiya bölgəsində, Tekirdağ əyalətinin Çorlu rayonunda yerləşdiriləcək.

Bu rayon İstanbuldan sonra ölkənin Şərqi Trakiyadakı ən böyük ikinci dislokasiya ərazisi sayılır.

Çorlu Tekirdağın mərkəzindən 38 km aralıdadır.

Ümumiyyətlə, bir neçə gün əvvəl Türkiyənin müdafiə naziri Fikri İşıq bildirmişdi ki, sentyabrın 15-dək Ankara və İstanbulda dislokasiya olunan hərbi hissələrin köçürülməsi planlaşdırılır.

Onların əraziləri isə xalqın istifadəsinə veriləcək. “Akıncı” hərbi aviabazasının yerində Demokratiya parkının salınması nəzərdə tutulub.

ucarliyiq.biz