» » Türkiyə Suriya ilə sərhəddə 239 km-lik sədd tikib

Türkiyə Suriya ilə sərhəddə 239 km-lik sədd tikib

Türkiyə Suriya ilə sərhəddə 239 km-lik sədd tikib

Türkiyə təhlükəsizliyini gücləndirmək üçün Suriya ilə sərhəddə 239 km uzunluğunda sədd tikib.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə məlumatı Anadolu agentliyi yayıb.

Məlumata görə, Türkiyənin Hatay vilayətində tikilən səddin hündürlüyü 3, eni isə 2 metrdir.

Suriya ilə həmsərhəd olan digər vilayətlərdə də yeni sədlərin tikintisi gözlənilir.

Müvafiq qərar terrorizmlə mübarizənin gücləndirilməsi çərçivəsində qəbul olunub.

Belə ki, Suriyada terror təşkilatlarının üzvləri mütəmadi olaraq Türkiyə ərazisinə keçməyə cəhd edirlər.

ucarliyiq.biz