» » Türkiyə Avstriyadakı səfirini geri çağırıb

Türkiyə Avstriyadakı səfirini geri çağırıb

Türkiyə Avstriyadakı səfirini geri çağırıb

Türkiyənin Vyanadakı səfiri Avstriya ilə münasibətlərin yenidən baxılması üçün vətənə geri çağırılıb. 

Ucarliyiq.biz-ın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Son hadisələrlə əlaqədar biz Vyanadakı səfirimizi həm məsləhətləşmələr üçün, həm də Avstriya ilə münasibətlərə yenidən baxılması üçün  geri çağırmışıq”, - nəşr Çavuşoğlunun sözlərini sitat gətirir.

Reuters agentliyinin məlumatına görə, Türkiyə xarici işlər idarəsinin rəhbəri bu gün bildirib ki, səfir həmçinin Avstriyada avqustun 19-da keçirilən PKK-ya dəstək aksiyası ilə əlaqədar geri çağırılır.