» » Ermənistanda bir ailənin 7 üzvünü qətlə yetirən şəxsə hökm oxunacaq

Ermənistanda bir ailənin 7 üzvünü qətlə yetirən şəxsə hökm oxunacaq

Ermənistanda bir ailənin 7 üzvünü qətlə yetirən şəxsə hökm oxunacaq

Rusiyalı hərbçi Premyakov cəzasını çəkmək üçün öz ölkəsinə göndəriləcək.

“Bu gün Şirak vilayətinin ümumi ədliyyə məhkəməsində 2015-ci ilin yanvar ayının 12-də Avetisyan ailəsinin 7 üzvünü qətlə yetirməkdə ittiham edilən, Ruisyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının hərbçisi Valeri Premyakova hökm oxunacaq”.

ucarliyiq.biz Tert.am nəşrinə istinadən xəbər verir ki, Premyakov gözlənildiyi kimi ömürlük həbs cəzası alacaq. 

Amma “Joxovurd” qəzetinin məlumatına görə, V.Permyakov cəzasını çəkmək üçün Rusiyaya göndəriləcək.

“Ermənistan və Rusiya hakimiyyəti bunun Ermənistanda etirazla qarşılanacağını bildiklərindən əsgəri 2013-cü il iyulun 13-də avtomobil qəzası törətdiyi üçün məhkum olunaraq, cəzasını Rusiya həbsxanasında çəkən Qraç Arutyunyanla dəyişməyi müzakirə edir. 

“Başqa sözlə, Permyakov Rusiyaya yola salınan kimi Arutyunyanın da Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verildiyi elan olunacaq”, - qəzet yazır. 

ucarliyiq.biz