» » Hindistanda daşqınlar: Ölənlər var

Hindistanda daşqınlar: Ölənlər var

Hindistanda daşqınlar: Ölənlər var

Daşqın nəticəsində 500 minə yaxın adam evini tərk etməyə məcbur qalıb.

Yağış mövsümündə güclü yağıntılar nəticəsində 400 nəfərdən çox adam ölüb. 

Ucarliyiq.biz RİA Novsoti-yə istinadən xəbər verir ki, hazırkı yağış mövsümü iyunun 8-də, son illər üçün adət edilmiş tarixdən bir həftə gec başlayıb. 

Sinoptiklərin dəyərləndirmələrinə görə, bu mövsümdə yağıntıların norması ümumi normaya müvafiq olacaq.  

Buna baxmayaraq, yağıntılar regionlar üzrə qeyri-bərabər yağır. Belə ki, Madhya-Pradeş ştatında hazırda yağıntılar normadan 40%-dən çox düşüb. Daşqın nəticəsində ştatın 51 dairəsindən 30-da 100 nəfərdən çox şəxs təbii fəlakətin qurbanı olub.

Daha çox insan ölümü şimal ştatlarında qeydə alınıb. Belə ki, 80 nəfər Uttarakhande, ən azı 73 nəfər Uttar-Pradeş ştatında ölüb. Bihar ştatı da ciddi zərər görüb, baxmayaraq ki, orada yağıntıların normadan 16% az düşüb, zərər çəkən ştatlar sırasında Racastan ştatı da yer alır. 

Daşqın nəticəsində 500 minə yaxın adam evini tərk etməyə məcbur qalıb. 

ucarliyiq.biz