» » Partlayışdan öncə ağlayan kamikadze terrorçu – FOTO + VİDEO

Partlayışdan öncə ağlayan kamikadze terrorçu – FOTO + VİDEO

Partlayışdan öncə ağlayan kamikadze terrorçu – FOTO + VİDEO

“Qorxuram ki, bacarmaram”.

Kamikadze terrorçunun ağladığı kadrları onun “həmkarları” şimali Suriyada lentə alıblar.

Yetkinlik yaşına çatmayan Cəfər əl-Təyarın xidmət etdiyi dəstə komandirləri ona partlayıcı maddə yüklənmiş zirehli maşına oturaraq düşmənin obyektini partlatmağı əmr ediblər. Terrorçunu son əmri yetirməzdən öncə son dəqiqələrdə çəkiblər, The Times yazır.

ucarliyiq.biz Lifenews-a istinadən xəbər verir ki, milliyyətcə özbək olduğu ehtimal edilən Təyarın ölümə göndərilərkən onun nə dərəcədə qorxduğu üzündə ifadə olunur.

Britaniya nəşrinin yazdığına görə, Cəfəri tapşırığa göndərməzdən öncə, yaraqlılardan biri oğlanı özbəkcə ruhlandırmağa çalışıb və ona dəhşətli anlarda Allahı unutmamağı tapşırıb.

“Mən sadəcə qorxdum. Mən qorxuram ki, bacarmaram”, - Cəfər əl-Təyar cavab verib, amma tapşırığı yerinə yetirib. Digər fotoda güclü partlayış nəticəsində əmələ gələn göbələk əks olunur.

Britaniya KİV-nin məlumatına əsasən, Suriyanın Fua rayonu ərazisində bu qəbildən olan tapşırığı “Cabhat ən-nüsra” terror təşkilatından olan daha altı kamekadze terrorçu yerinə yetirib.