» » “Taliban” yaraqlıları amerikalı hərbçini öldürdülər

“Taliban” yaraqlıları amerikalı hərbçini öldürdülər

“Taliban” yaraqlıları amerikalı hərbçini öldürdülər

Əfqanıstan ərazisində “İŞİD” radikal qrupun nüfuzu artıb.

Əfqanıstanın silahlı qüvvələri ilə bərabər, ölkənin cənubunda “Taliban” hərəkatı ilə aparılan mübarizədə amerikalı hərbçi ölüb. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə NATO qüvvələrinin koalisiyasının bəyanatına istinadən “France-Press” agentliyi məlumat yayıb. 

“Bu gün Hilmend əyalətinin Laşkarqax şəhəri yaxınlığında aparılan əməliyyatda aldığı yaralardan ABŞ hərbçilərindən biri ölüb”, - NATO qüvvələrinin ABŞ-ın rəhbərlik etdiyi koalisiyasının bəyanatında deyilir. 

Döyüşlərin gedişatında bir amerikalı və altı əfqan əsgəri yaralanıb. 

Əfqanıstandakı vəziyyət son aylar kəskinləşib. Daha öncə ölkənin kənd rayonlarında ərazilərə nəzarət edən “Taliban” artıq iri şəhərlərə üz tutub. 

Bununla yanaşı, ölkə ərazisində “İŞİD” qruplaşmasının nüfuzu artıb. 

ucarliyiq.biz