» » Bəzi yəhudilər qızlarına ali təhsil almağı qadağan etdilər

Bəzi yəhudilər qızlarına ali təhsil almağı qadağan etdilər

Bəzi yəhudilər qızlarına ali təhsil almağı qadağan etdilər

Nyu-Yorkda ultra-ortodoksal yəhudi icmasında daxili sərəncam təsdiqlənib. Bu sərəncama əsasən, qızlar ali təhsil almayacaqlar, məktəbdə də yalnız ən lazımlı biliklərə yiyələnəcəklər. 

Ucarliyiq.biz bu barədə Life-ə istinadən xəbər verir. 

Yerli ravvinlərin fikrincə, təhsil qadınlara mənfi təsir göstərir. 

“Biz buna ciddi nəzarət edəcəyik. Bizim məktəblərimizdə təhsil alan qızların sonradan təhsillərini davam etdirmək və elmi dərəcə almaq hüququ yoxdur. Bu qaydalara əməl etməyən qızlar məktəbi dərhal tərk edəcəklər. Bu uşaqların valideynləri də bilməlidirlər ki, bu Tövrata ziddir”, - ravvinlərdən biri deyib. 


ucarliyiq.biz