» » Rusiyanın dövlət borcu iki dəfə artıb

Rusiyanın dövlət borcu iki dəfə artıb

Rusiyanın dövlət borcu iki dəfə artıb

Ən böyük artım 2014-cü ildə qeydə alınıb.

2012-2014-cü illər ərzində Rusiyanın dövlət borcu iki dəfə və ya 92% artıb.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Statistika Komitəsinin sədri Tatyana Qolikova məlumat verib.

Onun sözlərinə görə, ən böyük artım 2014-cü ildə qeydə alınıb - 36,4%. 

Tatyana Qolikova həmçinin bildirib ki, 2012-2014-cü illərdə dövlət borcuna xidmət göstərilməsi ilə bağlı xərclər 58% artaraq ildə 415,6 milyard rubla çatıb.

“Biz bundan sonra da dövlət borcunun artacağını müşahidə edəcəyik, və bu digər xərclərin azalmasına səbəb olacaq. Bu səbəbdən biz 2016-ci ilin büdcəsində səmərəsiz xərclərin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməliyik”, - Qolikova bəyan edib.

Statistika Komitəsinin sədri Rusiya regionlarınında böyük borcu oluğunu xatırladıb. Onun sözlərinə görə, 2015-ci ilin sentyabrı 1-nə regionların borcu 2,116 trilyon rubl təşkil edib.