» » Şimali Koreya ballistik raketini sınaqdan keçirib – FOTO

Şimali Koreya ballistik raketini sınaqdan keçirib – FOTO

Şimali Koreya ballistik raketini sınaqdan keçirib – FOTO

Raket 500 km məsafəni qət edib.

Şimali Koreya Yapon dənizi istiqamətində növbəti dəfə ballistik raketin atışını həyata keçirib.

Ucarliyiq.biz xəbər verir ki, raket atışı Yaponiya hərbçiləri tərəfindən qeydə alınıb.

Raket atışı Yapon dənizində olan sualtı qayıqdan həyata keçirilib. Raket 500 km məsafəni qət edib.

BMT TŞ-nin qadağasına baxmayaraq, Şimali Koreya dəfələrlə ballistik raketlərin atışını həyata keçirir.

Cənubi Koreya Silahlı Qüvvələrinin qərargah rəislərinin birləşmiş komitəsinin bəyanatına əsasən, raket atışı yerli vaxtla saat 05:30-da (Bakı vaxtı ilə saat 01:00 radələrində) Xamgen-Namdo əyaləti, Sinpxo liman şəhərinin yaxınlığından həyata keçirilib.

Cənubi Koreya rəsmiləri isə hesab edir ki, raket atışı onların ABŞ hərbçiləri ilə birgə təşkil etdikləri hərbi təlimlərə cavab olaraq həyata keçirilib.

Şimali Koreya ballistik raketini sınaqdan keçirib – FOTO

Şimali Koreya ballistik raketini sınaqdan keçirib – FOTO

Şimali Koreya ballistik raketini sınaqdan keçirib – FOTO

ucarliyiq.biz