» » Dövlət Departamenti: Türkiyə ABŞ-dan Gülənin ekstradisiyasını rəsmən tələb edib

Dövlət Departamenti: Türkiyə ABŞ-dan Gülənin ekstradisiyasını rəsmən tələb edib

Dövlət Departamenti: Türkiyə ABŞ-dan Gülənin ekstradisiyasını rəsmən tələb edib

Toner qeyd edib ki, Amerika tərəfi Türkiyədə iyulun 15-də baş verən çevriliş cəhdinə aidiyyəti olmayan sənədləri araşdırır.

Türkiyənin müxalif siyasətçi Fətullah Gülənin ekstradisiyası ilə bağlı sorğusunun bu yaxınlarda baş verən çevrilişə cəhd ilə bağlı onun ünvanına səslənən ittihamla bağlı deyil. 

Ucarliyiq.biz “Anadolu” agnetliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bəyan edib. 

“Gülənin ekstradisiyasına dair sorğu aldığımızı təsdiqləyə bilərəm. Amma bu məsələ çevriliş ilə bağlı deyil”, - o, bu barədə Türkiyədən alınan sənədləri şərh edərkən jurnalistlərə bildirib. 

Toner vurğulayıb ki, “qərar ABŞ-ın son həftələrdə aldığı sənədlər əsasında qəbul ediləcək”.

O, həmçinin qeyd edib ki, proses iki ölkə arasında ekstradisiyaya dair razılaşmaya uyğun gedir. 

İyulun 16-na keçən gecə Türkiyədə bir qrup qiyamçı dövlət çevrilişinə cəhd edib. Əsas qarşıdurmalar Ankara və İstanbulda olub. 

246 türk vətəndaşı həlak olub, 2 minə yaxın adam müxtəlif dərəcəli xəsarətlər alıblar, qiyam yatırılıb. Türkiyə hakimiyyəti Güləni qiyamın təşkilində ittiham edərək ABŞ-dan onun ekstradisiyasını tələb edib. Gülən özü qiyamı pisləyib və bu qiyama heç bir aidiyyəti olmadığını söyləyib. 

ucarliyiq.biz