» » ABŞ Türkiyənin Suriyada keçirdiyi əməliyyatları dəstəkləyir

ABŞ Türkiyənin Suriyada keçirdiyi əməliyyatları dəstəkləyir

ABŞ Türkiyənin Suriyada keçirdiyi əməliyyatları dəstəkləyir

ABŞ hökuməti Türkiyə ordusunun Suriyada Cerablus şəhərini İŞİD terrorçularından azad etmək üçün başlatdığı hərbi əməliyyata münasibət bildirib.

ucarliyiq.biz Hürriyet-ə istinadən xəbər verir ki,  ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bildirib ki, Vaşinqton əməliyyata havadan dəstək verəcək.

M. Toner qeyd edib ki, əməliyyatla bağlı Türkiyə ilə bərabər Suriya Demokratik Qüvvələrinin təmsilçiləri ilə əlaqə saxlayırlar: "Həm Türkiyə, həm də Suriya Demokratik Qüvvələri ilə təmasdayıq. Gərginliyin artmamasına çalışırıq. Hər iki tərəfə ortaq düşmənin İŞİD olduğunu xatırladırıq".

Qeyd edək ki, Suriya Demokratik Qüvvələrinin əsasını PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qolu YPG və ərəb qüvvələr təşkil edir. Türkiyə PKK-nın Suriya qolunun Firat çayının qərbinə keçməsini özü üçün "qırmızı cizgi" elan edib. Ancaq ABŞ-ın söz verməsinə baxmayaraq, bir müddət əvvəl İŞİD-dən azad edilən Münbic şəhərindən YPG qüvvələri hələ də çıxmayıb. PYD Münbicdən sonra əsas hədəfinin Cerablus olduğunu bəyan etmişdi. Cerablus Suriyanın şimalı, Türkiyənin cənubunda kürdlərin əlindəki əraziləri ayıran yeganə məntəqədir. Kürd qüvvələri bu məntəqəni də ələ keçirərsə, Suriyanın şimalında kürd zolağı tamamlanmış olacaq. Bu səbəblə, Türkiyə Cerablusun kürdlər yox, Azad Suriya Ordusu tərəfindən azad edilməsinə çalışır.  

ucarliyiq.biz