» » Gürcüstanda NATO-nun iclası keçiriləcək

Gürcüstanda NATO-nun iclası keçiriləcək

Gürcüstanda NATO-nun iclası keçiriləcək

NATO-da əsas siyasi qərarları Şimali Atlantika Şurası qəbul edir.

NATO-nun Şimali Atlantika Şurası sentyabrın 7-8-də Gürcüstanda iclas keçirəcək. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili bildirib.

“Şuranın səfəri zamanı Varşava sammitində əldə edilmiş nəticələr nəzərdən keçirilə bilər. Düşünürəm ki, Gürcüstanın demokratik və iqtisadi inkişaf nöqteyi-nəzərindən əldə edilmiş nəticələri nəzərdən keçiriləcək. Bu, mühüm səfərdir. Şimali Atlantika Şurası – Alyansda qərarlar qəbul edən ali orqandır, buna görə bu səfər bizim üçün məxsusidir”, - baş nazir hökumət iclasından öncə jurnalistlərə bəyan edib. 

NATO-da əsas siyasi qərarları Şimali Atlantika Şurası qəbul edir. 

ucarliyiq.biz